Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın təşəbbüsü ilə Silahlı Qüvvələr Günündə Şəkidə şəhid ailələri və müharibə veteranları üçün psixoloji yardım aksiyası təşkil edilib

26-06-2022 280 dəfə oxunub
Ombudsmanın təşəbbüsü ilə Silahlı Qüvvələr Günündə Şəkidə şəhid ailələri və müharibə veteranları üçün psixoloji yardım aksiyası təşkil edilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü əsasında 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günündə Şəkidə "Briut" Tibb Mərkəzinin psixiatr və psixoterapevtləri tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə veteranları üçün psixoloji yardım aksiyası keçirilib. Ödənişsiz psixoloq və psixiatr xidmətlərinin göstərildiyi aksiya Şəki rayonunu əhatə edib.

Qeyd edək ki, artıq müxtəlif bölgələrdə həmin əhali qrupuna ünvanlanmış tibbi və psixoloji yardım aksiyaları keçirilib və aksiyaların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub. Bu tədbirlərin əsas məqsədi hərbi əməliyyatlarda iştirak etmiş, habelə müharibə nəticəsində ailə üzvləri şəhid olmuş şəxslərin qayğılarının diqqətdə saxlanılması və onların sağlamlıqlarının qorunmasına dəstək verməkdir.