Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları Lənkəran şəhərində təlimdə iştirak ediblər

24-06-2022 218 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları Lənkəran şəhərində təlimdə iştirak ediblər

Ombudsman Aparatının bir qrup əməkdaşı Lənkəran şəhərində Avropa İttifaqının dəstəyi və Avropa Şurasının təşkilatçılığı ilə “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II” proqramı çərçivəsində keçirilən təlimdə iştirak ediblərTəlimə ölkəmizdə, o cümlədən cənub regionunda fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələri də qatılıblar.

Ayrı-seçkiliklə mübarizə və bərabərliyin təşviqi ilə bağlı Azərbaycan Ombudsman Aparatının əməkdaşları və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri üçün keçirilmiş regional təlim-seminar çərçivəsində Avropa Şurasının beynəlxalq və yerli ekspertləri, habelə öncəki təlimlərin iştirakçıları təqdimatlarla çıxış ediblər. 

Tədbirin açılış hissəsində Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli və Avropa  Şurasının Ayrı-seçkiliklə mübarizə bölməsinin nümayəndəsi Angela Longo çıxış ediblər.

Təlim iştirakçılarına Ombudsman Səbinə Əliyevanın salamı çatdırılıb və əməkdaşlıq çərçivəsində həyata keçirilmiş birgə fəaliyyət haqqında məlumat verilib. Eyni zamanda, təlimçilər üçün təlim kurslarının əhəmiyyəti vurğulanıb.

İki gün davam etmiş təlim-seminarda bərabərlik hüququ və ayrı-seçkiliyə yol verilməməsinin anlayışı, Avropa İnsan Hüquqları Məhkəməsi təcrübəsindən bu sahəyə dair məhkəmə işləri, xarici ölkələrin ombudsmanlarının yaxşı təcrübələri, gender əsaslı ayrı-seçkilik, təhsil sahəsində ayrı-seçkiliyin müəyyən edilməsi kimi mövzular əhatə olunub.

Təlimdə həmçinin öyrənilən bilik və bacarıqların gələcəkdə təcrübədə tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.