Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı ilə Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri arasında onlayn formatda görüş keçirilib

22-06-2022 223 dəfə oxunub
Ombudsman Aparatı ilə Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri arasında onlayn formatda görüş keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndələri arasında onlayn formatda görüş keçirilib.

Görüşdə çıxış edən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı son illər insan hüquqları sistemində mühüm yerlədən birini tutuan sosial hüquqların müdafiəsi sahəsində həyata keçirilən islahatların uğurlu nəticələr verdiyini diqqətə çatdırıb. Bu baxımdan DSMF ilə birgə əməkdaşlıq əsasında vətəndaşların sosial təminat hüquqlarının təmin olunması və xidmət keyfiyyətinin artırılması istiqamətində atılan addımların yüksək qiymətləndirildiyini vurğulayıb.

DSMF-nin sədri Himalay Məmişov isə öz çıxışında sosial ödənişlərin artırılması, xüsusilə son 4 ildə köklü islahatlar çərçivəsində bu ödənişlərdə baş verən ciddi artımlar, əhaliyə göstərilən elektron xidmətlər, onların sayının artırılması, habelə bu sahənin təkmilləşdirilməsi ilə bağlı rəhbərlik etdiyi Fond tərəfindən görülən işlər və qarşıda duran prioritet hədəflər barədə məlumat verib.

Daha sonra görüşdə iştirak edən Ombudsman Aparatının və DSMF-nin digər məsul əməkdaşları da çıxış edərək vətəndaşların sosial təminat hüquqlarının səmərəli təmini və bu sahədə əhali arasında hüquqi maarifləndirmə işinin əhəmiyyəti barədə fikirlərini bildiriblər.

Görüşdə gələcək əməkdaşlığa dair müzakirə aparılıb.