Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman ayrı-seçkiliklə mübarizəyə dair təlimin iştirakçılarına sertifikatlar təqdim edib

22-06-2022 270 dəfə oxunub
Ombudsman ayrı-seçkiliklə mübarizəyə dair təlimin iştirakçılarına sertifikatlar təqdim edib

Avropa İttifaqının dəstəyi ilə Avropa Şurası tərəfindən keçirilən “Şərq Tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanları üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi” regional layihəsi çərçivəsində növbəti təlim təşkil edilib.

Təlimdə Ombudsman Aparatının bir qrup əməkdaşı və ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər. 

Azərbaycanda Ombudsman Aparatı əməkdaşları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin ayrı-seçkiliklə mübarizə və bərabərliyin təşviq edilməsi sahəsində bilik və bacarıqlarının artırılması, həmçinin peşəkar təlimçilərin hazırlanması məqsədilə keçirilən təlim 19-21 iyun tarixlərini əhatə edib.

Ombudsman Səbinə Əliyeva təlimin son günündə tədbirə qatılaraq, məruzə ilə çıxış edib.

S.Əliyeva Ombudsman Aparatı ilə Avropa Şurası arasında bu layihə çərçivəsində əməkdaşlığın daha da gücləndirildiyini, Aparatın əməkdaşları üçün bir sıra təlimlər keçirildiyini qeyd edib. O, ayrı-seçkiliyin qarşısının alınması sahəsində ölkəmizin qoşulduğu beynəlxalq müqavilələr, milli qanunvericilikdə bərabərlik hüququnun təsbiti, bu il 20 illiyi qeyd olunan Ombudsman təsisatının çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verib.

Yekunda Ombudsman təlim iştirakçılarına sertifikatlar təqdim edib.