Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ölkəmizdə sığınacaq axtaran ailələrlə maarifləndirici görüş keçirilib

21-06-2022 254 dəfə oxunub
Ölkəmizdə sığınacaq axtaran ailələrlə maarifləndirici görüş keçirilib

18 İyun-Azərbaycan Respublikasında İnsan Hüquqları Günü və 20 İyun - Ümumdünya Qaçqınlar Günü ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlıqda maarifləndirici tədbir keçirilib.

Qaçqınlar və sığınacaq axtaran şəxslər üçün nəzərdə tutulan tədbirAzərbaycan Respublikası ərazisində olan əcnəbi şəxslərin hüquqlarının milli və beynəlxalq səviyyədə müdafiəsi, onların hüquqlarının təmini vəziyyətinin və problemlərinin öyrənilməsi, həmçinin məlumatlılığının artırılması məqsədilə təşkil olunub.

Tədbir çərçivəsində ölkəmizdə sığınacaq axtaran ailələrlə görüş təşkil olunub, fərdi qaydada söhbətlər aparılıb. Qeyd olunub ki, ölkəmizdəmiqrant ailələrin cəmiyyətin inkişaf prosesinə cəlb edilməsi, xüsusilə miqrant uşaqların normal şəraitdə fiziki, əqli və mənəvi inkişafının, təhsil və digər hüquqlarının qorunması məsələləri diqqət mərkəzində saxlanılır.

Görüş zamanı əcnəbilərin hüquqi vəziyyəti və qaçqın statusu ilə bağlı milli qanunvericilikdə və beynəlxalq sənədlərdə təsbit olunmuş müddəalar, onların hüquq və azadlıqları, o cümlədən informasiya əldə etmək hüquqları barədə məlumat verilib. Tədbir çərçivəsində sığınacaq axtaran şəxslərə müxtəlif dillərdə tematik vəsaitlər paylanılıb.

Yekunda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.