Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri “İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlər təşkil edib

20-06-2022 264 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri “İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlər təşkil edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Şimal, Cənub, Şərq, Qərb regional mərkəzləri tərəfindən hüquqi maarifləndirmə tədbirləri keçirilib.

Keçirilən tədbirlərdə yerli icra və özünüidarəetmə orqanlarının, digər müəssisə, idarə və təşkilatların əməkdaşları, şagirdlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirlərdə müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsinin dövlətin ən ali məqsədi olduğu diqqətə çatdırılıb.

Tədbirlər zamanı bildirilib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 18 iyun 1998-ci il tarixli sərəncamı ilə ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18.06.2007-ci il tarixli sərəncamına əsasən hər il iyun ayının 18-nin Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd olunduğu, ənənəvi olaraq Ombudsman tərəfindən 18 may-18 iyun tarixlərində “İnsan Hüquqları Aylığı”nın elan olunduğu diqqətə çatdırılıb.

Çıxışlar zamanı insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində qəbul edilmiş dövlət proqramları, qanunvericilik aktları, ölkəmizin qoşulduğu beynəlxalq sənədlər, həmçinin Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyəti barədə ətraflı məlumat verilib.   

Tədbirlər uşaqların, gənclərin, qadınların, ahılların, əlilliyi olan şəxslərin, qaçqın, məcburi köçkün və miqrantların, habelə əhalinin digər sosial qruplarının sağlamlığının qorunması, təhsil, sosial təminat və digər hüquqlarının müdafiəsi, sağlam həyat tərzinin təbliği, erkən nikahların fəsadları, məişət zorakılığı, narkomaniya və ayrı-seçkiliklə mübarizə mövzularını əhatə edib. Tədbirlərdə iştirakçılar da fikirlərini bölüşərək, keçirilən hüquqi maarifləndirmə tədbirlərinin əhalinin hüquq düşüncəsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsində mühüm rol oynadığını bildiriblər.