Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi “Ahılların hüquqlarının qorunması və fəal yaşlanması” mövzusunda keçirilən tədbirdə iştirak edib

20-06-2022 193 dəfə oxunub
Ombudsmanın nümayəndəsi “Ahılların hüquqlarının qorunması və fəal yaşlanması” mövzusunda keçirilən tədbirdə iştirak edib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün Sosial Xidmət Müəssisəsində “İnsan Hüquqları Aylığı” çərçivəsində “Ahılların hüquqlarının qorunması və fəal yaşlanması” mövzusunda benefisiarlar üçün dəyirmi masa formatında tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının elmi-analitik sektorunun baş məsləhətçisi Yeganə Quliyeva məruzəçi qismində çıxış edib. O, çıxışı zamanı ahılların, əlilliyi olan şəxslərin və digər sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının müdafiəsinin daim Ombudsmanın diqqət mərkəzində olduğunu bildirib.

Daha sonra çıxışda “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarının icrası çərçivəsində Ombudsman və onun Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən sosial xidmət müəssisələrində planlı və plandankənar monitorinq və başçəkmələrin həyata keçirilməsi haqqında məlumat verilib. Qeyd olunub ki, ötən dövr ərzində Ombudsman tərəfindən sosial xidmət müəssisələrində dövlət təminatında yaşayan ahıl və əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması məqsədilə səlahiyyətli dövlət qurumlarına özündə çoxsaylı təklif və tövsiyələri əks etdirən müraciətlər edilib, bir çox hallarda onların təmini ilə bağlı zəruri tədbirlər görülüb.

Sonda tədbir iştirakçılarına müəssisənin rəhbərliyi tərəfindən təşəkkürnamələr təqdim olunub.