Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman IX Qlobal Bakı Forumunda çıxış edib

18-06-2022 275 dəfə oxunub
Ombudsman IX Qlobal Bakı Forumunda çıxış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “XXI əsrdə insan hüquqları, demokratiya və yeni çağırışlar” adlı paneldə çıxış edib.

Forum iştirakçılarını salamlayan S.Əliyeva çıxışında ölkəmizdə insan hüquqları sahəsində həyata keçirilən islahatlar haqqında ətraflı məlumat verib.

Ombudsman artıq 15 ildir ki, 18 iyun tarixinin Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunduğunu diqqətə çatdıraraq, iştirakçıları bu münasibətlə təbrik edib.

S.Əliyeva çıxışı zamanı bu il 20 illiyi qeyd olunan Azərbaycan Ombudsman təsisatının fəaliyyət istiqamətləri, habelə müsbət təcrübələri barədə danışıb.

S.Əliyeva Azərbaycan təcrübəsinə istinad edərək, məhkəmədənkənar hüquq müdafiəsi mexanizmi olan ombudsmanların və milli insan hüquqları institutlarının fəaliyyətinin təkmilləşdirilməsində dövlətin dəstəyinin əhəmiyyətini qeyd edib. 

Çıxış etdiyi panelin olduqca aktual bir problemə həsr olunduğunu bildirən Ombudsman qlobal səviyyədə insan hüquqlarına təhdid olan məsələlərə toxunub. 

S.Əliyeva sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri törədənlərin cəzalandırılmasının zəruriliyini vurğulayaraq, bu cinayətlərlə bağlı ədalət mühakiməsinə cəlb edilmə zamanı ayrı-seçkiliyə, ikili standartlara yol verilməsinin əsas problemlərdən biri olduğunu bildirib.

Müvəkkil beynəlxalq təşkilatların prinsipial məsələlərdə susqunluq nümayiş etdirməsinin müharibə və münaqişələrə səbəb olduğunu, nəticədə beynəlxalq insan hüquqları ilə yanaşı, humanitar hüquq normalarının da pozulduğunu təəssüflə qeyd edib.

Panel müzakirə ilə davam etdirilib.