Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri tərəfindən 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlər təşkil edilib

15-06-2022 234 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri tərəfindən 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlər təşkil edilib

Ombudsmanın Quba, Gəncə, Şəki və Cəlilabad regional mərkəzləri 15 İyun - Milli Qurtuluş Gününə   həsr olunmuş tədbirlər keçirib.

Tədbirlərdə 15 İyun tarixinin əhəmiyyəti vurğulanıb. Çıxışlar zamanı Ümummilli Lider Heydər Əliyev tərəfindən ölkədə ictimai-siyasi sabitliyin bərpa olunması, hüquqi, demokratik dövlət quruculuğu, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun yüksəldilməsi sahəsində görülmüş tədbirlər diqqətə çatdırılıb.

Qeyd olunub ki, ölkəmizdə insan hüquqlarının təmin edilməsi sahəsində ilk addımlar da məhz Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra atılıb.         

Tədbirlər zamanı Ulu Öndər Heydər Əliyevin ölkədə apardığı ardıcıl, sistemli və gələcəyə hesablanan islahatlar haqqında məlumat verilib. Həmçinin Azərbaycan dövlətinin ali məqsədi olan insan hüquq və azadlıqlarının təmini sahəsində qəbul edilmiş dövlət proqramları, qanunvericilik aktları, ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalar, habelə insan hüquq və azadlıqlarının qorunması sahəsində Ombudsmanın fəaliyyəti barədə məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirlər müzakirə şəklində davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.