Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının nümayəndələri ilə görüş keçirilib

14-06-2022 282 dəfə oxunub
Ombudsman Aparatında İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının nümayəndələri ilə görüş keçirilib

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Avropa  Komissiyası  (ECRI)   nümayəndələri   Anhelita Kamenska, Saşa Qayin, katibliyin əməkdaşları Zeynep Usal-Kantsler və Sofi Kurtu qəbul edib. 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın adından qonaqları salamlayan A.Səfixanlı təsisatın əsas fəaliyyət istiqamətləri və Ombudsmanın mandatı haqqında geniş məlumat verib.

Ombudsmanın hüquq bərabərliyinin təmini və ayrı-seçkiliklə mübarizə istiqamətində həyata keçirdiyi fəaliyyət, bu sahədə beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq barədə məlumat verilib.

A.Səfixanlı Azərbaycan Respublikası   Konstitusiyasına əsasən irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verildiyini, çoxmillətli bir ölkə olaraq multikulturalizimin dövlətimizin əsas dəyərlərindən biri olduğunu diqqətə çatdırıb.

Görüşdə   iştirak   edən   Ombudsman   Aparatının   Beynəlxalq   təşkilatlar   və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli Ombudsman təsisatının da qoşulduğu “Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanlarının hüquqlarının müdafiəsi üçün məhkəmədən kənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi” adlı layihənin milli səviyyədə implementasiyasından danışıb. Qeyd olunub ki, bu layihə çərçivəsində Ombudsman Aparatının əməkdaşları ayrı-seçkiliklə mübarizə sahəsində bilik   və bacarıqlarını   artırmaq və beynəlxalq təcrübəni   öyrənmək imkanını əldə ediblər.   

Sonda qarşılıqlı əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunub.