Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Səbinə Əliyeva Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində görüş keçirib

19-01-2024 1756 dəfə oxunub
Ombudsman Səbinə Əliyeva Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində görüş keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin yetkinlik yaşına çatmayanlar üçün Tərbiyə Müəssisəsində görüş keçirib.

Ombudsman çıxışı zamanı yetkinlik yaşına çatmayan şəxslərin sağlam həyat tərzi keçirmələrinin, təhsillərinə davam etmələrinin və yeni biliklər əldə etmələrinin, habelə asudə vaxtlarını səmərəli keçirmələrinin onların cəmiyyətdə nümunəvi vətəndaş kimi formalaşmalarında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. S.Əliyeva, həmçinin onların azadlığa çıxdıqdan sonra cəmiyyətə inteqrasiyası və adaptasiyası üçün dövlət tərəfindən lazımi şəraitin yaradıldığını da diqqətə çatdırıb.

Tədbirdə iştirak edən "Liatris Holding"in rəhbəri Ruhi Əliyeva Ombudsmanın gənclərin sağlam ruhda yetişməsi üçün həyata keçirdiyi fəaliyyətin önəmini vurğulayıb və bu istiqamətdə birgə əməkdaşlığa görə təşəkkürünü bildirib.

Daha sonra Ombudsman yetkinlik yaşına çatmayan şəxslərlə fərdi söhbət aparıb, onların qayğıları ilə maraqlanıb, hüquqlarını daim diqqətdə saxladığını qeyd edib.

Görüşün sonunda yeniyetmələrə hədiyyələr təqdim olunub