Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında cari il üzrə tələbələrin istehsalat təcrübəsinin sonuncu mərhələsi başa çatıb

13-06-2022 227 dəfə oxunub
Ombudsman Aparatında cari il üzrə tələbələrin istehsalat təcrübəsinin  sonuncu mərhələsi başa çatıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında tələbələrin istehsalat təcrübəsinin üçüncü mərhələsinə yekun vurulub. Bu mərhələdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin, Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin, Qərbi Kaspi Universitetinin Politologiya və Regionşünaslıq ixtisaslarının tələbələri təsisatda təcrübələrini tamamlayıblar. 

Hibrid formatda başlanmış istehsalat təcrübəsi daha sonra Ombudsman Aparatının müxtəlif şöbə və sektorlarında əyani şəkildə davam etdirilib. Praktikantlar təcrübə müddətində Müvəkkilin insan hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat alaraq, daxil olan müraciətlərə baxılması prosedurunda iştirak ediblər. 

İnsan hüquqlarının pozulmasına dair şikayətlərin baxılmasının xüsusiyyətləri ilə yaxından tanış olan tələbələr təcrübə keçdikləri müddətdə bilik və bacarıqlarını təkmilləşdirməklə yanaşı, həm də təsisatın işinə töhfə veriblər. 

Yekunda Ombudsman Səbinə Əliyeva istehsalat təcrübəsini başa vuran praktikantlarla görüşərək onlara xasiyyətnamələr təqdim edib və gələcək fəaliyyətlərində hər birinə uğurlar arzulayıb.