Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi “Beynəlxalq insan hüquqları konsepsiyası” mövzusunda maarifləndirmə tədbirində iştirak edib

10-06-2022 186 dəfə oxunub
Ombudsmanın nümayəndəsi “Beynəlxalq insan hüquqları konsepsiyası” mövzusunda maarifləndirmə tədbirində iştirak edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın təşkilatçılığı ilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində Ombudsman tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının və strukturuna daxil olan qurumların məsul əməkdaşlarının qatıldığı həmin tədbirdə Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov iştirak edib.

“Beynəlxalq insan hüquqları konsepsiyası” mövzusunda keçirilən tədbirdə çıxış edən M.Mahmudov Ombudsman Səbinə Əliyevanın adından iştirakçıları salamlayıb və qarşıdan gələn 18 İyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü münasibətilə təbrik edib.

Çıxış zamanı həmin əlamətdar günün yaranma tarixi, bununla əlaqədar ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək respublikamızda keçirilən “İnsan Hüquqları Aylığı”nın məqsədi, bu çərçivədə təşkil olunan hüquqi maarifləndirmə tədbirlərinin əhəmiyyəti, eyni zamanda Ombudsmanın sosial baxımdan həssas əhali qruplarının əmək və sosial hüquqlarının müdafiəsi üzrə genişmiqyaslı fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.