Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Miqrantların hüquqlarının müdafiəsinə həsr olunmuş təlim Yevlax şəhərində davam etdirilib

10-06-2022 260 dəfə oxunub
Miqrantların hüquqlarının müdafiəsinə həsr olunmuş təlim Yevlax şəhərində davam etdirilib

“Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE 2)” layihəsi çərçivəsində Ombudsman Aparatı, Dövlət Miqrasiya Xidməti və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin ölkəmizdəki nümayəndəliyinin birgə əməkdaşlığı ilə təşkil edilmiş “Miqrantların hüquqlarının müdafiəsi sahəsində mövcud beynəlxalq və milli hüquqi çərçivə: monitorinq mexanizmləri, tənzimlənməyən miqrantların saxlanılması prosedurları” adlı təlimin ikinci günü Yevlaxda davam etdirilib. Təlimin məqsədi Yevlax Regional Miqrasiya İdarəsinin və Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin əməkdaşlarının miqrantların hüquqlarının müdafiəsi ilə əlaqədar bilik və bacarıqlarının artırılmasıolub. Görüş zamanı iştirakçılara Ombudsmanın miqrantların hüquqlarının müdafiəsi sahəsində, o cümlədən Milli Preventiv Mexanizm mandatı çərçivəsində fəaliyyəti barədə ətraflı məlumat verilib.

Daha sonra Ombudsmanın Milli Preventiv Qrupu Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin ölkəmizdəki nümayəndəliyinin üzvləri tərəfindən Yevlax şəhərində yerləşən Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə baxış keçirilib. 

Mərkəzdə əcnəbilər üçün yaradılan şərait və rəftar məsələlərinin araşdırılması, məcburi və könüllü qaydada saxlanılan şəxslərin hüquqlarının təmin olunması, sənədləşmənin aparılması vəziyyəti öyrənilib. Müəssisədə yataqxana korpuslarına, yaşayış və tibb otağına, ümumi əraziyə, müsahibə yerinə, görüş otağına, gəzinti yerinə, yeməkxana və digər obyektlərə baxış keçirilib, habelə sovqat qəbulu, gəzinti ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb. 

Yekunda müəssisə rəhbərliyi və əməkdaşlarla milli qanunvericilik və beynəlxalq sənədlər əsasında maarifləndirici söhbət aparılıb, saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib. Eyni zamanda, miqrantların hüquqlarının müdafiəsi ilə bağlı müzakirə aparılıb və Ombudsmanın 916 Çağrı Mərkəzi ilə bağlı məlumatların əks olunduğu plakatlar müəssisəyə təqdim olunub.