Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilli (Ombudsman) Səbinə Əliyeva Ankara Universitetinin rektoru, professor Necdet Ünüvarı qəbul edib.
Qonaqları salamlayan S.Əliyeva onlara təsisatın fəaliyyəti haqqında ətraflı məlumat verib.
Görüş zamanı Ombudsman Aparatı ilə Ankara Universiteti arasında əməkdaşlığın əhəmiyyəti və gələcəkdə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi barədə müzakirə aparılıb.