Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Şəki Regional Mərkəzi “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda tədbirlər keçirib

02-06-2022 319 dəfə oxunub
Ombudsmanın Şəki Regional Mərkəzi “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda tədbirlər keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şəki Regional Mərkəzi tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Şəki Qarışıq Tipli Uşaq Evində, Zaqatala şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada müəllim və uşaqlarla görüşlər keçirilib.

Tədbirlərdə “Uşaq hüquqları haqqında” Konvensiyanın, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın məqsədi və prioritet istiqamətləri diqqətə çatdırılıb.

Uşaq hüquqlarının müdafiəsinin Ombudsmanın əsas fəaliyyət istiqamətlərindən biri olduğu vurğulanaraq, bu sahədə görülmüş işlər barədə ətraflı məlumat verilib.