Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Quba Regional Mərkəzi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər keçirib

02-06-2022 250 dəfə oxunub
Ombudsmanın Quba Regional Mərkəzi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə ənənəvi olaraq 18 may - 18 iyun tarixləri arasında keçirilən “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Quba Regional Mərkəzi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər təşkil edib. 

Bu əlamətdar gün münasibətilə Quba şəhər Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbində və Xüsusi peşə məktəbində maarifləndirmə tədbirləri keçirilib. Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev Ombudsman Səbinə Əliyevanın adından tədbirlərdə iştirak edən uşaqları təbrik edərək, uşaq hüquqlarının müdafiəsinin Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu bildirib.

Tədbir iştirakçılarına bu əlamətdar günün tarixi, uşaq hüquqlarına dair milli və beynəlxalq sənədlərdə təsbit edilmiş müddəalar, həmçinin Ombudsman təsisatının uşaq hüquqlarının təmin olunması sahəsində həyata keçirdiyi fəaliyyət barədə geniş məlumat verilib.