Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Cəlilabad Regional Mərkəzi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbirlər keçirib

02-06-2022 236 dəfə oxunub
Ombudsmanın Cəlilabad Regional Mərkəzi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbirlər keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cəlilabad Regional Mərkəzi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “BMT-nin Uşaq Hüquqları Konvensiyası uşaq hüquqlarının qorunmasında mütərəqqi sənəd kimi” və “Uşaq hüquqlarının səmərəli müdafiəsi Müvəkkilin fəaliyyət istiqamətlərindən biri kimi” mövzularında Cəlilabad şəhər 9 saylı tam orta məktəb və Salyan şəhər A.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada, Lənkəran şəhər O.Mirzəyev adına Qarışıq Tipli Uşaq Evi və Lənkəran şəhər Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində maarifləndirmə tədbirləri keçirib. Tədbirlərdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak ediblər.

Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov Ombudsman Səbinə Əliyevanın adından tədbir iştirakçılarını salamlayaraq,  uşaqları təbrik edib və bütün əhali qrupları kimi uşaqların da Ombudsmanın daim diqqət mərkəzində olduğunu bildirib.

Keçirilən tədbirlərdə Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsindəki geniş fəaliyyəti, uşaq hüquqlarının müdafiəsinin səmərəliliyini artırmaqla bağlı verilən təkliflər, insan hüquqlarının və onun tərkib hissəsi kimi uşaq hüquqlarının beynəlxalq müdafiə mexanizmləri, 916 Çağrı Mərkəzi barədə məlumat verilib.

Yekunda iştirakçılarla müzakirələr aparılıb.