Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları ilə görüş keçirib

31-05-2022 98 dəfə oxunub
Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları ilə görüş keçirib

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlıqda Vətən müharibəsi şəhidlərinin övladları üçün Zirə Mədəniyyət Mərkəzi Eko-Parkda bayram tədbiri təşkil olunub.

Ombudsman Səbinə Əliyeva tədbirdə şəhid övladları ilə görüşüb, bayram münasibətilə onları təbrik edib və xoş arzularını bildirib. Müvəkkil  uşaqlarla maraqlı gün keçirərək, onların istək və ehtiyaclarını öyrənib, suallarını cavablandırıb.

Bayram tədbiri çərçivəsində istedadlarını nümayiş etdirən uşaqlar üçün keramika əl işləri üzrə ustad dərsi təşkil edilib, qrup oyunları keçirilib. Daha sonra tədbir uşaqlar üçün hazırlanmış nahar fasiləsi və əyləncəli proqram, o cümlədən karaoke ilə davam etdirilib. Bununla yanaşı, asudə vaxtlarının daha maraqlı keçməsi üçün Eko-Parkda uşaqların gəzintisi təşkil edilib.

 Bayram tədbirinin sonunda Ombudsman tərəfindən uşaqlara hədiyyələr təqdim olunub, birgə fotolar çəkdirilib.