Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi Pasiyent Təşkilatlarının II Respublika Forumunda çıxış edib

30-05-2022 220 dəfə oxunub
Ombudsmanın nümayəndəsi Pasiyent Təşkilatlarının II Respublika Forumunda çıxış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın 18 may - 18 iyun tarixlərinin ölkəmizdə “İnsan Hüquqları Aylığı”elan edilməsi barədə müraciətinə əsasən, Bakıda və regionlarda silsilə maarifləndirmə tədbirləri təşkil olunur.

Ombudsmanın bu çağırışına dəstək olaraq, 2022-ci il 27 may tarixində Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynovun təşkilatçılığı ilə Pasiyent Təşkilatlarının II Respublika Forumu keçirilib.

Forumun açılışında Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov Ombudsman Səbinə Əliyevanın adından tədbir iştirakçılarını salamlayaraq, insan hüquqları arasında mühüm yerlərdən birini tutan sağlamlığın qorunması hüququnun təmininə xidmət edən çətin, məsuliyyətli və şərəfli fəaliyyətlərində onlara yeni uğurlar arzulayıb.

Ombudsman tərəfindən 18 İyun - Azərbaycanda İnsan Hüquqları Günü ərəfəsində ölkədə “İnsan Hüquqları Aylığı”nın elan edildiyi, həmin təşəbbüsə qoşulmaqla aylıq çərçivəsində insan hüquqlarına həsr olunmuş silsilə maarifləndirmə tədbirlərinin təşkili ilə bağlı dövlət və yerli özünüidarə orqanlarına,elm, təhsil və tibb müəssisələrinə, vətəndaş cəmiyyəti institutlarına, o cümlədən qeyri-hökumət təşkilatları və mediaya çağırış xarakterli müraciət ünvanlandığı bildirilib.

Daha sonra Ombudsman təsisatının pasiyentlərin hüquqlarının müdafiəsi və təbliği, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi maarifləndirmə işinin həyata keçirilməsi sahəsindəki fəaliyyəti barədə forum iştirakçılarına məlumat verilib.

Tədbirin sonunda dövlət qurumlarının nümayəndələri ilə debatlar keçirilib və M.Mahmudov iştirakçılar tərəfindən ona verilən sualları cavablandırıb.