Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri tərəfindən 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirilib

28-05-2022 156 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri tərəfindən 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirilib

Ombudsmanın Quba, Gəncə, Şəki və Cəlilabad regional mərkəzləri 28 May - Müstəqillik Gününə  həsr olunmuş tədbirlər keçirib.

Tədbirlərdə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının milli dövlətçilik tariximizin şanlı səhifələrindən biri, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi kimi çox mühüm əhəmiyyətə malik olduğu qeyd olunub. 

Çıxışlar zamanı müstəqil Azərbaycanda Cümhuriyyət tarixinə və dəyərlərinə dövlət səviyyəsində böyük ehtiramla yanaşıldığı vurğulanıb. 

Bununla yanaşı,  Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik tarixindəki rolunun daim xatırlandığı qeyd olunub. Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə atılmış addımlar, qəbul edilmiş qərarlar, imzalanmış sərəncamlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirlər müzakirələrlə davam etdirilib.