Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti dəyirmi masa təşkil olunub

19-01-2024 1395 dəfə oxunub
“Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti dəyirmi masa təşkil olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə əməkdaşlığı çərçivəsində növbədənkənar prezident seçkiləri ilə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti dəyirmi masa Şəki şəhərində keçirilib. 

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı giriş sözü ilə çıxış edərək seçkiyə hazırlıq məqsədilə maarifləndirmə tədbirlərinin paytaxt və regionları əhatə etdiyini bildirib. 

A. Səfixanlı seçki prosesinin həyata keçirilnəsi zamanı aşkarlıq və ədalət prinsiplərinə əsaslanan müşahidəçilik institutunun əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Bu institutun seçki prosesi zamanı yarana biləcək çatışmazlıqların aradan qaldırılmasındakı rolunun əhəmiyyətinə toxunub.

Bununla yanaşı, A.Səfixanlı sağlamlıq imkanları məhdud şəxslərin seçki hüququnun təmini məsələsinin zəruriliyini diqqətə çatdırıb.

Mərkəzi Seçki Komissiyasının əməkdaşı Samir Tağıyev çıxış edərək növbədənkənar prezident seçkilərinə hazırlıq məqsədilə MSK tərəfindən görülən işlər, həyata keçirilən və nəzərdə tutulan tədbirlər barədə iştirakçılara məlumat verib.

Çıxış edən Mərkəzi Seçki Komissiyasının üzvü Nizami Nadirxanlı müşahidəçilik institutunun əhəmiyyətinin seçki hüququnun daha səmərəli təmininə xidmət etdiyini vurğulayıb.

Müzakirələr zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.