Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Qrupu Gəncə şəhər İnteqrasiya təlimli  internat tipli gimnaziyaya başçəkmə həyata keçirib

26-05-2022 258 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Qrupu Gəncə şəhər İnteqrasiya təlimli  internat tipli gimnaziyaya başçəkmə həyata keçirib

Ombudsmanın Milli Preventiv Qrupu (MPQ) tərəfindən  Gəncə şəhər İnteqrasiya təlimli  internat tipli gimnaziyaya əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib. 

Başçəkmənin məqsədi müəssisədəki şəraitin və rəftar məsələlərinin araşdırılması, müəssisədə təhsil alan uşaqların  hüquqlarının təmin olunması vəziyyətinin monitorinqi olub

Başçəkmə zamanı MPQ üzvləri tərəfindən gimnaziyanın tibb, psixoloq, sinif otaqlarına, kitabxanaya, ərzaq və inventar anbarına, mətbəxə, yeməkxanaya, idman zalına baxış keçirilib, rəftar məsələlərinin araşdırılması məqsədilə təsadüfi seçim əsasında bu müəssisədə təhsil alan uşaqlarla, habelə müəssisə rəhbərliyi, müəllimlər və tibb işçiləri ilə fərdi söhbətlər  aparılmaqla mövcud vəziyyət öyrənilib.

Xüsusi təhsilə cəlb olunmuş uşaqlardan 15 nəfərində nitq məhdudiyyəti olmasına baxmayaraq, loqoped ştatının vakant olduğu, korreksiya və reabilitasiya kabinetlərinin mövcud olmadığı aşkar edilib. Gimnaziyada xüsusi təhsilə cəlb edilmiş uşaqların nitq və fiziki inkişafı baxımından həmin çatışmazlıqların aradan qaldırılmasının zəruriliyi müəssisə rəhbərliyinin diqqətinə çatdırılıb.