Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün uşaq hüquqlarının müdafiəsinə dair təlim keçirilib.
Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva “Uşaq hüquqlarının müdafiəsi” mövzusu üzrə təqdimatla çıxış edərək, bu sahədə mövcud normative hüquqi aktlar, beynəlxalq təcrübə, uşaq hüquqlarının müdafiəsi mexanizmləri, Ombudsmanın bu istiqamətdə fəaliyyəti və irəli sürdüyü təkliflər barədə iştirakçılara məlumat verib.
Təlimdə həmçinin Azərbaycan Ombudsmanının 44 günlük Vətən müharibəsi və postmüharibə dövründə həyata keçirdiyi fəaliyyətin, Ermənistanın ölkəmizə hücumu nəticəsində insanların, o cümlədən uşaqların hüquqlarının pozulmasını əks etdirən videoçarx nümayiş etdirilib.
Yekunda iştirakçıların mövzu üzrə sualları cavablandırılıb.