Xəbər verildiyi kimi, ölkəmizdə Ombudsman təsisatının yaradılmasının 20 illiyi münasibətilə “TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması” mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfransda iştirak üçün ölkəmizdə səfərdə olan ombudsmanlar, milli insan hüquqları təsisatlarının rəhbərləri və parlament nümayəndələri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət edilib.
Daha sonra qonaqlar Şəhidlər xiyabanı və Bakı Türk Şəhidliyini ziyarət ediblər.