Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

TÜRKPA üzv dövlətlərinin ombudsmanları Şuşaya səfər ediblər

24-05-2022 249 dəfə oxunub
TÜRKPA üzv dövlətlərinin ombudsmanları Şuşaya səfər ediblər

Azərbaycanda Ombudsman təsisatının yaradılmasının 20 illiyi münasibətilə 24-25 may tarixlərində keçiriləcək beynəlxalq konfransda iştirak etmək məqsədilə Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın ombudsmanları və milli insan hüquqları təsisatlarının rəhbərləri, parlament nümayəndələri ölkəmizə səfərə gəliblər. 

“TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması” adlı tədbirin ilk günündə Şuşa şəhərinə səfər təşkil edilib. 

Qonaqlar Şuşa şəhərinin Ermənistan işğalı altında saxlandığı müddət ərzində Azərbaycan xalqına məxsus tarixi, mədəni, dini irs nümunələrinin dağıdılması və təhqir edilməsi faktları ilə yerində tanış olaraq, Ombudsman Səbinə Əliyeva tərəfindən məlumatlandırılıblar. 

Səfər zamanı həmçinin kütləvi informasiya vasitələrinə müsahibə verilib, qonaqlar öz təəssüratlarını paylaşıblar.