Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Mediasiya Şurasının İdarə Heyətinin sədri ilə görüş keçirib

19-05-2022 293 dəfə oxunub
Ombudsman Mediasiya Şurasının İdarə Heyətinin sədri ilə görüş keçirib

Ombudsman Səbinə Əliyeva Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovu və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan S.Əliyeva mediasiya prosesinin xüsusən biznes sektoru üçün əhəmiyyətli bir vasitə olduğunu qeyd edib. Ombudsman düzgün təşkil edilmiş mediasiyanın vətəndaşlara məhkəmə proseslərinə getmədən, könüllü qaydada mediasiya prosesində iştirak etməklə mübahisələrin həll edilməsi, bununla da hüquqlarının effektiv müdafiəsi üçün imkanlar yarada biləcəyini bildirib. 

Müvəkkil qeyd olunan məsələlərin Ombudsman təsisatı üçün də əhəmiyyət kəsb etdiyini, Mediasiya Şurası ilə əməkdaşlığa önəm verildiyini vurğulayıb. Mediasiya prosesi ilə bağlı ünvanlanmış müraciətlərin araşdırılması sahəsində birgə əməkdaşlıqdan danışan Ombudsman mediasiya sahəsində mövcud ola biləcək boşluqların, problemlərin aşkar edilməsi və monitorinqinin bu sahənin təkmilləşdirilməsi perspektivi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Daha sonra Ombudsman Aparatı ilə Mediasiya Şurası arasında əməkdaşlıq əlaqələrinin qurulması, kordinasiya işinin təşkili və bununla əlaqədar həm Ombudsman Aparatında, həm də Mediasiya Şurasında əlaqələndirici şəxslərin müəyyən edilməsi, mediatorların qanunvericiliyin tələbləri barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə mərkəzdə və regionlarda birgə marifləndirmə tədbirlərinin həyata keçirilməsi, mediasiya fəaliyyəti ilə bağlı Müvəkkilə ünvanlanmış müraciətlərlə əlaqədar funksional və normativ boşluqların müəyyən edilməsi və operativ qaydada aradan qaldırılması qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə görüşlərin keçirilməsi, müzakirələrin aparılması barədə danışılıb.

Ombudsman tərəfindən  Mediasiya Şurasının nəzarət funksiyası çərçivəsində mediatorların fəaliyyətinin yoxlanılması məqsədilə monitorinqlərin təşkil edilməsi və mediasiya fəaliyyətinin həyata keçirilməsi zamanı mediatorların qarşılaşdıqları çətinliklər, normativ hüquqi aktlarda mövcud olan boşluqların aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin müzakirə olunması, bununla əlaqədar aidiyyəti qurumlara müraciətlər edilməsi sahəsində birgə əməkdaşlıq aparılması təklifləri irəli sürülüb.

Görüş zamanı Nadir Adilov Mediasiya Şurasının yarandığı gündən başlayaraq həyata keçirilmiş fəaliyyət haqqında məlumat verib.