Ombudsmanın Quba, Gəncə, Şəki və Cəlilabad regional mərkəzləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbirlər keçirib.
Tədbirlərdə ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri, bu sahədə qəbul edilmiş normativ sənədlər, dövlət proqramları, institusional islahatlar barədə ətraflı məlumat verilib.
Çıxışlar zamanı 2002-ci ildə məhz Ulu Öndərin xeyir-duası ilə respublikamızda da digər inkişaf etmiş demokratik ölkələrdə olduğu kimi Ombudsman institutunun təsis edildiyi diqqətə çatdırılıb.