
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Fəxri xiyabanı ziyarət ediblər.
Ulu Öndərin məzarı önünə güllər qoyulub, xatirəsi ehtiramla yad edilib.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı önünə güllər qoyulub.