Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları Azərbaycan Autizm Assosiasiyasının sədri ilə görüş keçiriblər

07-05-2022 270 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları Azərbaycan Autizm Assosiasiyasının sədri ilə görüş keçiriblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva və Elmi-analitik sektorun baş məsləhətçisi Yeganə Quliyeva Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədli ilə görüşüblər. 

Görüş zamanı ölkədə bu sahədə olan mövcud problemlər və görülən işlər haqqında söhbət aparılıb.

Daha sonra Assosiasiyanın nəzdində fəaliyyət göstərən Baki Autizm İdman Klubu və Osmanlı Yaşam Mərkəzində təlim keçən autizm spektr pozuntusu olan uşaqlarla və təlimçilərlə görüş keçirilib. 

Sonda uşaqlara Ombudsman Aparatının hədiyyələri təqdim olunub.