Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Yüksəliş” müsabiqəsinin qalibi ilə “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin rəhbərliyi arasında görüş keçirilib

04-05-2022 260 dəfə oxunub
“Yüksəliş” müsabiqəsinin qalibi ilə “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti”   İctimai Birliyinin rəhbərliyi arasında görüş keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın mentorluq etdiyi “Yüksəliş” müsabiqəsinin qalibi Ləman Qafarzadə ilə “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin (AGƏC İB) rəhbərliyi arasında əlilliyi olan şəxslərin hüquqlarına dair layihə çərçivəsində görüş keçirilib.

Görüşdə əlilliyi olan şəxslərin BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasında, ölkəmizin tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrdə, habelə milli qanunvericilik aktlarında təsbit olunmuş hüquq və azadlıqlarının təmini istiqamətində görülən işlər müzakirə edilib. Qalibin AGƏC Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzində vəsait hazırlaması ilə bağlı təklifi müsbət qarşılanıb.

Müvəkkilin təşəbbüsü ilə təşkil olunan görüşdə Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov, AGƏC İB-nin sədri Səmyar Abdullayev, sədr müavini Reyhan Cəfərova da iştirak edib və qarşılıqlı fikir mübadiləsi aparılıb.