
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, təsisatın və Ombudsmanın Şimal, Şimal-Qərb, Qərb və Cənub Regional mərkəzlərinin əməkdaşları 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəki, Gəncə, Quba və Masallı şəhərlərində yerləşən Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin ruhuna öz ehtiramlarını bildiriblər.