Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın təşəbbüsü ilə Lənkəranda şəhid ailələri və müharibə veteranları üçün psixoloji yardım aksiyası keçirilib

23-04-2022 280 dəfə oxunub
Ombudsmanın təşəbbüsü ilə Lənkəranda şəhid ailələri və müharibə veteranları üçün psixoloji yardım aksiyası keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü əsasında Lənkəranda Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə veteranları üçün psixoloji yardım aksiyası təşkil edilib. Ödənişsiz psixoloq və psixiatr xidmətlərinin göstərildiyi aksiya Lənkəran və Astara rayonlarını əhatə edib.

Qeyd edək ki, bundan öncə də müxtəlif bölgələrdə həmin əhali qrupuna ünvanlanmış tibbi və psixoloji yardım aksiyaları keçirilib və bu aksiyaların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub. Bu tədbirlərin əsas məqsədi müharibə nəticəsində doğmalarını itirmiş, habelə hərbi əməliyyatlarda iştirak etmiş şəxslərin qayğılarının diqqətdə saxlanılması və onların sağlamlıqlarının qorunmasına dəstək verməkdir.