Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları 44 günlük Vətən müharibəsində şəhid olmuş Ələkbərov Rəşad İlqar oğlunun ailəsini ziyarət ediblər.
Şəhidin anası Nailə Ələkbərova ilə keçirilmiş görüşdə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş Rəşad Ələkbərovun keçdiyi şərəfli döyüş yolu və nümunəvi gənc kimi cəmiyyətin rəğbətini qazandığı vurğulanıb, şəhid ailələrinə göstərilən diqqətdən söz açılıb.
Görüşdə Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə veteranlarına, onların hüquqlarının təmin olunmasına Ombudsman tərəfindən daim xüsusi diqqət və qayğı ilə yanaşıldığı qeyd olunub, bu sahədə həyata keçirilən fəaliyyət barədə məlumat verilib.
Görüş zamanı şəhid anasının Müvəkkilə oğlunun adının əbədiləşdirilməsi ilə bağlı ünvanladığı müraciəti qəbul olunub, həmçinin ona qanunvericilikdən irəli gələn hüquqları izah edilib.