Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Mərakeş Krallığında rəsmi səfərdədir

29-03-2022 262 dəfə oxunub
Ombudsman Mərakeş Krallığında rəsmi səfərdədir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Mərakeş Krallığının Rabat şəhərində rəsmi səfərdədir. Səfərin məqsədi İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyası (İƏT OA) İdarə Heyətinin növbəti iclasında iştirak etməkdir. 

Hibrid formatda keçirilən iclasın ilk günü Assosiasiyanın  fəaliyyəti, ombudsman institutlarının rolunun gücləndirilməsi ilə bağlı  prioritet məsələlər müzakirə edilib. 

Azərbaycan Ombudsmanı Səbinə Əliyeva məruzə ilə çıxış edərək, silahlı münaqişələrin insanların hüquq və azadlıqlarına təsiri,  Ermənistanın ölkəmizə qarşı uzun müddət davam edən təcavüzü nəticəsində beynəlxalq hüququn norma və prinsiplərinin pozulması, münaqişə və münaqişədən sonrakı dövrdə Azərbaycan Ombudsmanının həyata keçirdiyi faktaraşdırıcı missiyaların nəticələri barədə geniş məlumat verilib.

Daha sonra Səbinə Əliyeva Assosiasiya prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin ötən il Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müstəqil araşdırmalar həyata keçirdiyini, beynəlxalq humanitar hüququn pozulması ilə bağlı çoxsaylı faktların əldə olunduğunu diqqətə çatdırıb.

Çıxış zamanı İƏT-ə üzv ölkələrin ombudsman təsisatlarının imkanlarını gücləndirmək məqsədi ilə Assosiasiya tərəfindən təşkil olunan təlimlərin əhəmiyyətinə diqqət çəkilərək, belə təlimlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Yekunda Ombudsman Assosiasiyanın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürüb, müzakirələr aparılıb.

Səfər çərçivəsində,  həmçinin Ombudsmanın Mərakeş Krallığının dövlət rəsmiləri ilə görüşləri də nəzərdə tutulub.