Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Cəlilabad Regional Mərkəzi “Gənclərin insan alverinə qarşı mübarizə sahəsində maarifləndirilməsi” mövzusunda tədbir keçirib

20-04-2022 201 dəfə oxunub
Ombudsmanın Cəlilabad Regional Mərkəzi “Gənclərin insan alverinə qarşı mübarizə sahəsində maarifləndirilməsi” mövzusunda tədbir keçirib

Ombudsmanın Cəlilabad Regional Mərkəzi tərəfindən rayonun Gənclər və İdman İdarəsi və Mərkəzləşmiş Kitabxana Sistemi ilə birgə Cəlilabad Tibb Kollecində “Gənclərin insan alverinə qarşı mübarizə sahəsində maarifləndirilməsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə həmin kollecin rəhbəri, pedaqoji heyət və tələbələr iştirak ediblər. 

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında insan alveri, risk qrupları, insan alveri qurbanlarının ehtiyacları, onlarla bağlı yarana biləcək fəsadlar və  mövzu ilə bağlı digər məsələlərə toxunub.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.