Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Mərakeşin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib

19-04-2022 253 dəfə oxunub
Ombudsman Mərakeşin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Mərakeş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarşla görüşüb.

Görüş zamanı ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı barədə danışılıb.

S.Əliyeva Mərakeş Krallığının Rabat şəhərinə rəsmi səfəri, İƏT Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin iclasında iştirakı, Mərakeş Krallığının ədliyyə naziri, ombudsmanı və parlament nümayəndələri ilə görüşləri barədə danışıb. O, həmçinin iki ölkənin ombudsman institutları arasında anlaşma memorandumunun imzalanmasının planlaşdırıldığını əlavə edib. Ombudsman görüşdə Mərakeş Krallığının Milli İnsan Hüquqları Şurası ilə əməkdaşlıq perspektivlərinə də toxunub.

Daha sonra Ermənistanın Azərbaycana qarşı yürütdüyü terror siyasəti, torpaqlarımızın 30 ilə yaxın işğal altında qalaraq talanması, flora və faunaya vurulmuş ziyan və ərazilərin minalanması barədə məlumat verilib. Ombudsman İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın törətdiyi çoxsaylı müharibə cinayətləri ilə bağlı faktları özündə əks etdirən hesabatların hazırlanması və müvafiq beynəlxalq təşkilatlara ünvanlaması haqqında da söz açıb.

Yekunda iki ölkənin əlaqədar qurumları arasında müsbət təcrübələrin paylaşılmasının önəmi vurğulanıb.