Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Yetkinlik yaşına çatmayan qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumat Ombudsman tərəfindən araşdırılır

18-04-2022 240 dəfə oxunub
Yetkinlik yaşına çatmayan qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumat Ombudsman tərəfindən araşdırılır

Bakı şəhəri Xəzər rayon sakini olan yetkinlik yaşına çatmayan qızın uşaq dünyaya gətirməsi ilə bağlı kütləvi informasiya vasitələrində yayılmış məlumat Ombudsman tərəfindən araşdırılır. 

Məsələ ilə bağlı Ombudsman Aparatının əməkdaşları tərəfindən Sabunçu Tibb Mərkəzi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi, həmçinin qızın ailə üzvü ilə əlaqə saxlanılıb. Aparılmış ilkin araşdırmaya əsasən, ananın və uşağın vəziyyətinin qənaətbəxş olduğu məlum olub.

Hazırda faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır və məsələ Ombudsmanın nəzarətindədir.