Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları tərəfindən “Təhsil hamı üçün” adlı təlim keçirilib

14-04-2022 238 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları tərəfindən “Təhsil hamı üçün” adlı təlim keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “Təhsil hamı üçün” mövzusunda təlim keçirilib. Təlimin keçirilməsində əsas məqsəd UNESCO-nun “Təhsil hamı üçün” prinsipinin təbliği, Mərkəzin əməkdaşlarının hüquqi maarifləndirmə sahəsində peşəkarlıq səviyyəsinin artırılması, uşaq hüquqlarının müdafiəsinin təbliği məqsədilə təlimçilərin hazırlanması olub.

Təlimdə Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva və Hüquqi maarifləndirmə sektorunun baş məsləhətçisi Aydan Talıbova çıxış ediblər. İştirakçılara uşaq hüquqlarının müdafiəsi sahəsində mövcud normativ-hüquqi aktlar, uşaq hüquqlarının müdafiəsi mexanizmləri, Ombudsmanın bu sahədə fəaliyyəti barədə məlumat verilib. Bununla yanaşı, təhsil hüququnun təmin edilməsi istiqamətində həyata keçirilən hüquqi maarifləndirmə proqramlarından, habelə təhsil hüququnun müdafiəsi ilə bağlı Ombudsmanın ünvanına daxil olan vətəndaş müraciətlərindən bəhs edilib.

Yekunda Azərbaycan Ombudsmanının 44 günlük Vətən müharibəsi və postmüharibə dövründə həyata keçirdiyi fəaliyyətin əks olunduğu videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, təlim “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası ilə əlaqədar olaraq keçirilib.