Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Quba Regional  Mərkəzi  maarifləndirmə tədbiri keçirib

18-03-2022 221 dəfə oxunub
Ombudsmanın Quba Regional  Mərkəzi  maarifləndirmə tədbiri keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Quba Regional Mərkəzi tərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi və Qusar Rayon İcra Hakimiyyəti ilə birlikdə Qusar Rayon Mərkəzi Kitabxanasında  “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki önəmi”  adlı seminar təşkil edilib.

Seminarda adıçəkilən qurumların əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev çıxışında Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm, bu dəyərlərin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki önəmi və tolerantlığın ayrı-seçkiliklə mübarizədə effektiv rolu barədə məlumat verib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.