Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Gəncə Regional Mərkəzi “Narkomaniya və digər zərərli vərdişlərlə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirib

14-04-2022 265 dəfə oxunub
Ombudsmanın Gəncə Regional Mərkəzi “Narkomaniya və digər zərərli vərdişlərlə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə Regional Mərkəzinin və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Samux rayon İnstitut qəsəbə tam orta məktəbində “Narkomaniya və digər zərərli vərdişlərlə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov narkomaniya, narkotik tərkibli maddələrdən sui-istifadə, onların istehsalı, ticarəti, törətdiyi fəlakətlərin təhlükəli qlobal problem olaraq qaldığını qeyd edib.

Tədbirdə digər zərərli vərdişlər olan spirtli və energetik içkilərin, tütün məmulatlarının qəbulunun, uşaqların və yeniyetmələrin inkişafına ziyan vuran zərərli informasiyaların, mərc oyunlarının da mənfi tibbi, sosial, psixoloji tərəfləri  iştirakçıların diqqətinə çatdırılıb.

Sonda şagirdlərin sualları cavablandırılıb.