Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları Mülki Müdafiə Qoşunlarının hərbi hissəsinə baxış keçiriblər

17-03-2022 284 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları Mülki Müdafiə Qoşunlarının hərbi hissəsinə baxış keçiriblər

Ombudsman Aparatının Hərbi  qulluqçuların hüquqlarının müdafiəsi sektorunun əməkdaşları Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinə baxış keçiriblər.

Ombudsmanın nümayəndələri tərəfindən hərbi hissənin müxtəlif obyektlərinə baxış keçirilib. Eyni zamanda, hərbi hissənin daxilində yerləşdirilməsi üçün Ombudsmanın 916 Çağrı Mərkəzi barədə məlumatı özündə əks etdirən plakatlar komandanlığa təqdim edilib, hərbi hissədə işləyən  mülki şəxslərin sualları cavablandırılıb. 

Razılaşdırılmış tədbirlər planına müvafiq olaraq, Mülki Müdafiə Qoşunlarının, eləcə də digər qoşun növlərinin hərbi hissələrinə baxışlar davam etdiriləcək.