Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman TÜRKPA-nın Baş katibi ilə görüş keçirib

12-04-2022 194 dəfə oxunub
Ombudsman TÜRKPA-nın Baş katibi ilə görüş keçirib

Ombudsman Səbinə Əliyeva Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA-nın) Baş katibi Mehmet Süreyya Eri qəbul edib.

Görüşdə qurumlar arasında ümumi əməkdaşlıq, habelə Türk Dövlətlərinin ombudsman təsisatları arasında əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə edilib.Tərəflər parlamentlərin hazırladığı qanun layihələrində həssas qrupların ehtiyac və maraqlarının nəzərə alınması ilə bağlı imkanlar, xüsusilə də, bu sahədə ombudsman institutları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

S.Əliyeva qonaqlara Azərbaycan Ombudsman təsisatının beynəlxalq təşkilatlarla əməkdaşlığı barədə məlumat verib. O, təsisatın Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansına üzv olduğunu, həmçinin Asiya Ombudsmanlar Assosiasiyasında Azərbaycan Ombudsmanının vitse-prezident, İƏT Ombudsmanlar Assosiasiyasında isə İdarə Heyəti üzvü olduğunu diqqətə çatdırıb. O, həmçinin Türk Dövlətləri Ombudsmanlar Assosiasiyasının yaradılması ilə bağlı təkliflər verdiyini və bu istiqamətdə həyata keçirilən fəaliyyətbarədə danışıb.

Ombudsman Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsi zamanı türk dünyasının ölkəmizə mənəvi dəstəyinin önəmini qeyd edib.

Görüş zamanı, həmçinin “TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması” mövzusunda birgə konfrans və tədbirlərin təşkili barədə fikir mübadiləsi aparılıb.