Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Şəmkir və Tovuz rayonlarında “İnformasiya əldə etmək hüququnun təmini insan hüquqları kontekstində” adlı maarifləndirmə tədbiri keçirilib

08-04-2022 210 dəfə oxunub
Şəmkir və Tovuz rayonlarında “İnformasiya əldə etmək hüququnun təmini insan hüquqları kontekstində” adlı maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən Şəmkir Rayon Heydər Əliyev Mərkəzində və Tovuz rayonunda Nizami Gəncəvi adına Mədəniyyət Evində informasiya əldə etmək hüququnun müdafiəsi üzrə hüquqi maarifləndirmə tədbirləri təşkil edilib.

Bir sıra dövlət qurumlarının yerli nümayəndəliklərinin təmsil olunduğu tədbirlərdə Aparatın İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri L.Zeynalova, Gəncə Regional Mərkəzinin rəhbəri S.Abbasov və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri çıxış ediblər.

Çıxışlar zamanı Müvəkkil tərəfindən informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, informasiya əldə etmək hüququnun təmini və təbliği, bu hüququn pozulması ilə əlaqədar daxil olan müraciətlərin baxılması və cavablandırılması, monitorinq və təhlillərin həyata keçirilməsi ilə bağlı məlumatlar tədbir iştirakçılarının nəzərinə çatdırılıb. 

Daha sonra informasiya əldə etmək hüququ haqqında edilən təqdimatda informasiya əldə etmək azadlığı, informasiya sahiblərinin vəzifələri və informasiya sorğusu edən şəxslərin hüquqları, qanunda göstərilmiş digər məsələlərlə bağlı məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb. 

Yekunda tədbir iştirakçılarına Ombudsman Aparatı tərəfindən nəşr edilmiş “İnformasiya əldə etmək hüququmuzu bilək” və “İnformasiya əldə etmək hüququnu təmin edək” adlı maarifləndirici bukletlər təqdim edilib.