Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Ombudsman Aparatı tərəfindən “Müşahidəçilərin hüquq və vəzifələri” mövzusunda silsilə təlim-seminarlar keçirilir

22-01-2024 1009 dəfə oxunub
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Ombudsman Aparatı tərəfindən “Müşahidəçilərin hüquq və vəzifələri” mövzusunda silsilə təlim-seminarlar keçirilir

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən təsdiq olunmuş fəaliyyət planına uyğun olaraq Ombudsman Aparatı tərəfindən “Müşahidəçilərin hüquq və vəzifələri” mövzusunda canlı və onlayn qaydada təlim-seminarlar davam etdirilir.

Növbəti belə təlim-seminar Ombudsmanın Regional mərkəzlərinin və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları üçün onlayn qaydada keçirilib. 

Təlim zamanı Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı giriş sözü ilə çıxış edərək seçkiyə hazırlıq məqsədilə maarifləndirmə tədbirlərinin paytaxt və regionları əhatə etdiyini bildirib. O, seçki prosesində müşahidəçilik institutunun əhəmiyyəti barədə məlumat verib, bu institutun seçki prosesi zamanı yarana biləcək çatışmazlıqların aradan qaldırılmasındakı rolunun əhəmiyyətinə toxunub.

Daha sonra Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları əməkdaşlıq şöbəsinin sektor müdiri Mahir Məmmədov “Müşahidəçilərin hüquq və vəzifələri” mövzusunda onlayn təlim keçib. 

Təlimdə müşahidə aparılması qaydaları, müşahidəçilərin vəzifələri, seçki qanunvericiliyinin pozulmasına görə məsuliyyət və qanunvericilikdə təsbit olunmuş digər məsələlərlə bağlı məlumat verilib.

Təlim zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.