Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları şəhid ailəsini ziyarət edib

15-03-2022 175 dəfə oxunub
Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları şəhid ailəsini ziyarət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları şəhid Xuduş Kazımovun ailəsini Novruz Bayramı ərəfəsində ziyarət ediblər. Görüş zamanı ailə üzvlərinə Ombudsmanın təbrikləri çatdırılıb. Şəhidin həyat yoldaşı Əfsanə Kazımova ailənin qayğılarını Müvəkkil tərəfindən  daim diqqətdə saxlanıldığını bildirib.

Xatırladaq ki, Vətən müharibəsində şəhid olmuş Xuduş Kazımovun həyat yoldaşı Ombudsmana qeydiyyat problemlərinin olması, şəhidin Gəncə şəhərində qeydiyyatda olan övladlarının orada məktəbəqədər təhsil alması, habelə gələcəkdə səhiyyə xidmətləri ilə bağlı çətinliklər yaranmaması baxımından ailənin mövcud vəziyyəti nəzərə alınmaqla Gəncədə mənzillə təmin olunmasında köməklik göstərilməsi xahişi ilə müraciət etmişdir.

Ombudsman tərəfindən nəzarətə götürülən həmin məsələ öz həllini tapmış və şəhidin ailəsi dövlət tərəfindən Gəncə şəhərində ikiotaqlı mənzillə təmin edilmişdir.