Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Səbinə Əliyeva Suriya Ərəb Respublikasından repatriasiya edilmiş vətəndaşlarla görüşüb

08-04-2022 274 dəfə oxunub
Ombudsman Səbinə Əliyeva Suriya Ərəb Respublikasından repatriasiya edilmiş vətəndaşlarla görüşüb

Suriya Ərəb Respublikasında döyüşən silahlı dəstələrin girovluğunda olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəyə qaytarılması və hüquqlarının müdafiəsi məsələləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın diqqətindədir.

Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər nəticəsində Suriyada saxlanılan qadın və uşaqların ölkəyə repatriasiyası həyata keçirilir.

Ombudsman Səbinə Əliyeva bu yaxınlarda Suriyadan repatriasiya edilmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş qadın və uşaqlarla görüşüb.

Ombudsman həmin şəxslərin sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası sahəsində görülmüş tədbirlər barədə məlumat alıb, onların hüquq və azadlıqlarının təmini vəziyyətini öyrənib, müvafiq tövsiyələr verib.