Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya Mərkəzinə başçəkmə həyata keçirib

07-04-2022 241 dəfə oxunub
Ombudsman Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya Mərkəzinə başçəkmə həyata keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya Mərkəzinə başçəkmə həyata keçirilib.

Ombudsman başçəkmə zamanı müəssisənin fəaliyyəti, habelə əlilliyi olan şəxslərin peşə hazırlığının və peşə-əmək reabilitasiyasının təşkili və onlara göstərilən sosial xidmətlərlə tanış olub.

Agentliyin sədri Vüqar Behbudov tərəfindən Ombudsmana mərkəzin fəaliyyəti və əlilliyi olan şəxslər üçün orada göstərilən xidmətlər barədə məlumat verilib.

Səbinə Əliyeva müəssisədə olan şəraitlə tanış olub, orada peşə hazırlığı kurslarına cəlb olunmuş əlilliyi olan şəxslərlə görüşərək onların fikirlərini dinləyib və tövsiyələrini verib.

Eyni zamanda, Ombudsman mərkəzdə təlim-məşqlərə cəlb olunmuş Boccia İdman Federasiyasının Milli komandasının təlim-məşq prosesi ilə tanış olub, komandanın üzvləri ilə görüşərək onlara uğurlar arzulayıb.