Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Quba Regional  Mərkəzi  məişət zorakılığı və erkən nikahın qarşısının alınması mövzusunda maarifləndirmə tədbiri keçirib

15-03-2022 236 dəfə oxunub
Ombudsmanın Quba Regional  Mərkəzi  məişət zorakılığı və erkən nikahın qarşısının alınması mövzusunda maarifləndirmə tədbiri keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Quba Regional Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə məişət zorakılığı və erkən nikahın qarşısının alınmasına həsr olunmuş maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edən Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev bildirib ki,  Azərbaycan Ombudsman təsisatı ölkə ictimaiyyətinin diqqətini gender əsaslı zorakılıqla və məişət zorakılığı ilə mübarizəyə cəlb etmək məqsədi ilə müntəzəm olaraq maarifləndirmə fəaliyyəti həyata keçirir.

 Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın məişət zorakılığının qarşısının alınması məqsədinə nail olmaq üçün böyük əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Tədbirdə çıxış edən digər iştirakçılar məişət zorakılığı ilə mübarizə istiqamətində maarifləndirmə işinin, habelə bu istiqamətdə keçirilən tədbirlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini vurğulayıblar.