Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Gəncə şəhərində yetkinlik yaşına çatmayan qızın zorlanması faktı Ombudsman Səbinə Əliyeva tərəfindən nəzarətə götürülüb

11-03-2022 180 dəfə oxunub
Gəncə şəhərində yetkinlik yaşına çatmayan qızın zorlanması faktı Ombudsman Səbinə Əliyeva tərəfindən nəzarətə götürülüb

Gəncə şəhərində 2005-ci il təvəllüdlü sağlamlıq imkanları məhdud olan yetkinlik yaşına çatmayan qızın zorlanaraq hamilə qalmasına dair qızın ailə üzvləri tərəfindən 916 Çağrı Mərkəzinə müraciətlə bağlı Ombudsman tərəfindən Gəncə Şəhər Prokurorluğuna sorğu göndərilərək məsələ dərhal nəzarətə götürülüb.

Bununla yanaşı, azyaşlının tibbi müayinəsi və sağlamlıq vəziyyətinin nəzarətdə saxlanılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə müraciət olunub.

Aparatın əməkdaşları azyaşlı və ailə üzvləri ilə əlaqə saxlayaraq, onun səhhəti, psixoloji durumu və hüquqlarının müdafiəsi ilə bağlı vəziyyətlə maraqlanıblar.

Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə məsələ nəzarətdə saxlanılacaq və zəruri dəstək göstəriləcəkdir.